Qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb (14.10.2025)

Qızılın qiyməti dünya maliyyə bazarlarında yeni rekorda imza ataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.
Məlumata görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.95% artaraq 4166.02 ABŞ dollarına bərabər olub.
Bu göstərici qızılın tarixində qeydə alınan ən yüksək qiymətdir.