Hadisə

Sorğunun nəticəsi: Tramp Nobel Sülh Mükafatına layiq deyil

Washington Post və Ipsos 11-15 sentyabr tarixlərində ölkə üzrə 2513 nəfər arasında sorğu keçirib. Sorğuda vətəndaşlardan Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı fikirləri soruşulub.

Nəticələrə görə, ABŞ vətəndaşlarının 76 faizi Trampın Nobel Sülh Mükafatını almağa layiq olmadığını, 22 faizi isə layiq olduğunu bildirib.

Respublikaçı seçicilərin 49 faizi Trampın bu mükafata layiq olduğunu, 49 faizi isə layiq olmadığını bildirib. Bu nəticə həm də respublikaçılar arasında məsələ ilə bağlı konsensusun olmadığını nümayiş etdirdi.

Respondentlərin 60 faizi Trampın Rusiya və Ukrayna arasında müharibəyə yanaşmasını, 58 faizi isə İsrailin Qəzzaya hücumlarına yanaşmasını bəyənməyib.

Bundan başqa, respondentlərin 54 faizi keçmiş ABŞ prezidenti Barak Obamanın 2009-cu ildə aldığı Nobel Sülh Mükafatına layiq olmadığı qənaətindədir.

Netanyahu da Trampın namizədliyini irəli sürüb.
Pakistan Hindistanla son böhranda "diplomatik rolu və liderliyinə" görə ABŞ prezidenti Trampı 2026-cı il Nobel Sülh Mükafatına namizəd göstərmişdi.

İsrailin baş naziri Benyamin Netanyahu da Trampı, Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb və namizədliyini Trampa təqdim edib.

Kamboca Tailandla sərhəddə qarşıdurmalara son qoymaq üçün əldə edilən atəşkəs razılaşmasına verdiyi töhfəyə görə Trampı Nobel Sülh Mükafatına rəsmi olaraq namizəd göstərib.

Beş Afrika ölkəsinin - Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqalın liderləri də ABŞ prezidenti Trampın dünya sülhünə verdiyi töhfələrə görə Nobel mükafatına namizədliyini dəstəklədiklərini bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan regional sülhə verdiyi töhfələrə görə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək niyyətində olduqlarını bəyan ediblər.

Trampın xüsusi nümayəndəsi Steve Witkoff kabinet iclasında Trampın bu günə qədər 7 müharibəni dayandırdığını əsas gətirərək ABŞ prezidentinin Nobel Sülh Mükafatını almağa layiq olduğunu düşündüyünü bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)