MALİYYƏ

Avro Dollar qarşısında bahalaşdı

Xəbər verdiymiz kimi, Avropa Birliyi (AB), Böyük Britaniyanın Brexit-in 31 Yanvar 2020-ci il tarixinə qədər təxirə salınması tələbini qəbul edib.

Beləliklə şirkətlər və istehlakçılar üçün söz mövzusu olan qeyri-müəyyənliyin müddəti uzanıb. 

Ancaq Cümə axşamı günü reallaşa biləcək sancılı müqaviləsiz çıxş riski ortadan qalxmışdır.

1.11 SƏVİYYƏSİNİ AŞIB

Xəbərin ardınca Avro Dollar qarşısında 0,22% bahalaşıb. Bakı vaxtı ilə saat 15:14-də Avro/Dollar məzənnəsi 1.1105 səviyyəsinə qalxıb.

2016-cı ildə Böyük Britaniyada keçirilmiş referendumda 48%-ə qarşı 52% ilə Brexit qərarı verilmişdir. 29 Martda reallaşması lazım olan Brexit, İcmalar Palatasının Brexit razılaşmasını rədd etməsi səbəbilə 31 Oktyabra təxirə salınmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)