“Apple” süni intellekti yalnız real fayda verdiyi halda tətbiq edəcək
“Apple” şirkətinin baş icraçı direktoru Con Ternus süni intellekt strategiyasında texnologiyanın tətbiqindən daha çox onun keyfiyyətinə və istifadəçilərə real fayda verməsinə önəm verdiklərini bildirib.
ENA.az xəbər verir ki, Ternus şirkətin süni intellekt sahəsindəki mövqeyini müdafiə edərək, bu texnologiyanı yalnız dəbdə olduğu üçün məhsullara əlavə etmək istəmədiklərini deyib.
Onun sözlərinə görə, süni intellekt düzgün və keyfiyyətli tətbiq edildikdə istifadəçilər hər hansı funksiyanın süni intellekt, yoxsa ənənəvi proqram təminatı vasitəsilə işlədiyini düşünməyə ehtiyac duymayacaqlar. Əsas məqsəd insanların həqiqətən bəyənəcəyi məhsullar yaratmaqdır.
Son illərdə “Apple” xüsusilə “Siri” səsli köməkçisinin daha təkmil versiyasının təqdimatını gecikdirdiyinə görə süni intellekt sahəsində rəqiblərindən geri qalmaqda tənqid olunurdu. Ternus isə şirkətin hazırkı mövqeyindən razı olduğunu bildirib.
Sentyabrın əvvəlində rəsmi olaraq CEO vəzifəsinə başlayan Ternus “Apple”ın gələcək məhsullarında süni intellektdən mütləq istifadə ediləcəyini vurğulayıb.


















