Bank

Bankların kredit portfeli ilin əvvəlindən 12 faiz böyüyüb

Sentyabrın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 33 milyard 684,7 milyon manata çatıb. Portfel ay ərzində 860,5 milyon manat və ya 2,6 faiz artıb.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Mərkəzi Bankın məlumatına görə, kreditlərin 54,7 faizi biznes, 30,9 faizi istehlak, 14,4 faizi isə ipoteka kreditlərindən ibarət olub. İlin əvvəlindən bankların kredit portfeli 3 milyard 621,7 milyon manat və ya 12 faiz artıb.

Sentyabrda fiziki şəxslərin müddətli əmanətləri də 211 milyon manat artaraq 11 milyard 731,6 milyon manata yüksəlib. Bank sektorunda unikal müddətli əmanətçilərin sayı 231,9 min nəfər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)