Vaşinqton Ər-Riyada 48 ədəd F-35 qırıcısı satmağa hazırlaşır
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına potensial 24,3 milyard dollarlıq "Lockheed Martin Corp. F-35 Lightning II Joint Strike Fighter" qırıcılarının satışını təsdiqləyib.
Məlumata görə, bu barədə qurumun saytında dərc olunmuş sənəddə deyilir.
Məlumata görə, Vaşinqton Ər-Riyada 48 hərbi təyyarə, 49 "Pratt & Whitney" mühərriki, eləcə də rabitə avadanlığı, ehtiyat hissələri və digər dəstək komponentləri tədarük etməyi planlaşdırır.
Dövlət Departamenti iddia edir ki, bu avadanlığın və əlaqəli dəstəyin qarşıdan gələn satışı Yaxın Şərqdəki hərbi tarazlığı pozmayacaq.

















