İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti açıqlandı
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyəti dövründə 201 milyon manat mənfəət əldə edib.
ENA.az xəbər verir ki, bu barədə jurnalistlərə Fondun Baş meneceri Rasim Abdullayev açıqlama verib. Onun sözlərinə görə, İKZF 2 milyard manat həcmində istiqraz buraxıb və bu qiymətli kağızlar üzrə 394 milyon manat faiz ödənişləri edib.
Rasim Abdullayevin sözlərinə görə, hazırda İKZF-nin aktivləri 4,2 milyard manat, məcmu kapitalı 1,2 milyard manatdır.


















