Bank

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır

Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır. "Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) kart əməliyyatlarında texniki problem yaranb.

Bəzi banklar isə kart-to kart əməliyyatlarını dayandırıb. Bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.

ABB bankın ümumiyyətlə mobil tətbiqə giriş mümkün deyil və gələn mesaj isə belədir:  

"Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!", - ABB-nin məlumatında qeyd olunub.

ABB-dən bildirilib ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa olunacaq.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)