PAŞA Bank səhmlərinə 20 min sifariş daxil olub
PAŞA Bank səhmlərinə tələb təklifi üstələyib
PAŞA Bankın kütləvi səhm buraxılışı üzrə 18 min investordan 20 min sifariş daxil olub.
Bankın İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, ilk dəfə olaraq tələb təklifi üstələyib.
“Bu hadisəni kapital bazarlarının inkişafında yeni mərhələ kimi qiymətləndiririk”, – deyə C.Quliyev bildirib.

















