Qeyri-Bank

“Cibpay” və “Multi Solutions” şirkətlərinin lisenziyaları ləğv edilib -YENİSİ VERİLİB

 

Mərkəzi Bank tərəfindən “Cibpay” MMC və “Multi Solutions” MMC-nin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək elektron pul təşkilatı lisenziyaları verilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Multi Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Cibpay” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib.

ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.

Ödəniş təşkilatı — müştərilərə nağd pulun daxil edilməsi və çıxarılması, köçürmələr, kart əməliyyatları və digər maliyyə xidmətlərini göstərən hüquqi şəxsdir. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərir və ənənəvi banklara alternativ olaraq maliyyə və fintech sektorunda fəaliyyət göstərirlər.

Elektron pul təşkilatı (E-pul təşkilatı) - qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya əsasında elektron pul emissiya edən (yayan) və elektron pulla bağlı müxtəlif ödəniş əməliyyatlarını yerinə yetirən xüsusi hüquqi şəxsdir.Elektron pul təşkilatlarının fəaliyyəti və xidmətləri ilə bağlı bəzi əsas məqamlar:

Emissiya Prosesi: Real nağd pulları qəbul edərək, onun rəqəmsal qarşılığı olan e-pulu yaradır və istifadəçilərin sərəncamına verirlər.

İcra Etdikləri Əməliyyatlar: Elektron pul köçürmələri, ödəniş hesablarının idarə edilməsi, nağd vəsaitin hesaba mədaxil və ya məxaric edilməsi və digər müxtəlif ödəniş xidmətlərini həyata keçirirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)