Azərbaycanın əsas iqtisadi göstəricisi açıqlandı
2026-cı ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu Dövlət Statistika Komitəsinin açıqladığı "2026-cı ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı" haqqında məlumatda öz əksini tapıb.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə dəyişməyib. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 0,4 faiz artım qeydə alınıb.
ÜDM-in 36,3 faizi sənaye, 10,5 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 4,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 22,8 faizi isə digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Yanvar-may aylarında informasiya və rabitə sahələrində əlavə dəyər 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 6,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmirində 3,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 2,3 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 2,3 faiz, digər xidmət sahələrində 0,4 faiz, sənayedə isə 0,4 faiz artıb.
Tikinti sektorunda isə əlavə dəyər real ifadədə 23 faiz azalıb.


















