MALİYYƏ

İlkin gəlirlər balansında son illərin ilk profisiti qeydə alınıb

Son illərdə ilk dəfə olaraq cari ilin birinci rübündə ilkin gəlirlər balansında profisit formalaşıb.

ENA.az xəbər verir ki, bu barədə Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.

Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru qeyd edib ki, hesabat dövründə xarici ticarət balansı 2 milyard dollarlıq profisitlə yekunlaşıb.

Onun sözlərinə görə, bu dövrdə ixrac 5,9 milyard dollar, idxal isə 3,9 milyard dollar təşkil edib.

S.Nəsirov əlavə edib ki, qeyri-neft-qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 813 milyon dollara çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)