OpenAI IPO sənədlərini gizli qaydada təqdim edib
"ChatGPT" çatbotunun yaradıcısı, ABŞ-nin "OpenAI" korporasiyası səhmlərin ilkin kütləvi yerləşdirilməsini (IPO) keçirmək üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına məxfi qaydada sənədlər təqdim edib.
ENA.az bu barədə "The New York Times" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, ərizə şirkət tərəfindən iyunun 8-də göndərilib, sənədlərdə fond bazarına çıxmağın konkret vaxtı göstərilməyib.
"Buna müəyyən vaxt tələb oluna bilər, çünki biz qeyri-kütləvi şirkət olaraq qalmaqla yerinə yetirilməsi daha asan olan bir sıra tapşırıqları həyata keçirmək istərdik", - nəşr "OpenAI"nin rəsmi bəyanatından sitat gətirib.
"OpenAI" strukturuna bu yaxınlarda süni intellektlə məşğul olan bölmənin daxil edildiyi "SpaceX"in, eləcə də "Anthropic" şirkətinin ardınca IPO üçün sənədlər verib.
Ekspertlərin qiymətləndirmələrinə görə, martın sonuna "OpenAI"nin bazar kapitallaşması təqribən 852 milyard dollar təşkil edib.

















