MALİYYƏ

Azərbaycanda 5 ayda vergi daxilolmaları 8 milyard manata yaxın olub

Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manat vergi daxil olub.

ENA.az quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 %, proqnozdan isə 1,7 % çoxdur.

5 aylıq vergi daxilolmalarının 6 milyard 187,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,25 %, proqnozdan isə 1,8 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)