Gündəm

Nazir rəislərin yerini dəyişdirdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov rəislərin yerini dəyişib.

ENA.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirin müvafiq Əmri ilə polkovnik Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzi vəzifəsindən azad olunaraq, Şimal-Qərb Regional Mərkəzinin rəisi vəzifəsinə təyin edilib.

Şimal-Qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev isə Muğan Regional Mərkəzinin rəisi təyin olunub.

FHN-dən məlumatı təsdiqləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)