Gömrük bəyannaməsi edənlərin nəzərinə: Bu gündən yeni qayda qüvvəyə mindi
Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib.
ENA.az "Trend"ə istinadən xəbər verir ki, artıq fərdi identifikasiya nömrəsi (FİN və şifrə) ilə sistemə daxil olaraq “Elektron Ticarət Bəyannaməsi” xidmətindən istifadə etmək mümkün olmayacaq.
Belə ki, vətəndaşlar 3 müxtəlif elektron identifikasiya növündən birini seçərək xidmətdən yararlana biləcəklər.
Bunlar “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” xidmətləridir.
Qeyd edək ki, fərdi identifikasiya nömrəsi ilə “SmartCustoms” və “e.customs.gov.az” sistemlərinə daxil olmaq imkanları qüvvədə saxlanılır.
Gömrük rəsmiləşdirilməsinin daha sürətli tamamlanması məqsədilə “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR”ın əvvəlcədən əldə olunması tövsiyə edilir.















