Ticarət sektoru PAŞA Bankın kredit portfelində əsas paya sahibdir
PAŞA Bankın kredit portfelində ən böyük pay ticarət sektorunun payına düşür.
Bankın İdarə Heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, rəhbərlik etdiyi maliyyə qurumunun bazar payı 19,3 faiz təşkil edir. O bildirib ki, kredit portfelinin artımında nəqliyyat sektoru da müsbət dinamika nümayiş etdirməkdə davam edir.
Qeyd edək ki, PAŞA Bankın ümumi aktivləri 10 milyard manata çatır və bankın gəlirləri sabit artım tempi göstərir. Kredit portfeli isə 4 milyard manata yaxındır.

















