Bank

İlin sonunadək bir neçə iri bank “Açıq bankçılığ”a inteqrasiya olunacaq

Bu ilin sonuna qədər Azərbaycanda bir neçə iri bankın hüquqi şəxslər üçün "Açıq bankçılığ"a qoşulması planlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan bildirib.

Onun sözlərinə görə, ilk olaraq "Hesab üzrə məlumat xidməti" "Açıq bankçılığ"a inteqrasiya olunub: "Hazırda isə "Ödəniş əməliyyatlarının aparılması" xidməti sistemə inteqrasiya olunur. Beləliklə, "Açıq bankçılıq" iki əsas komponentdən ibarətdir. Birinci komponentdə vətəndaş yalnız məlumatları görə bilir. Məsələn, hesab edin ki, bir bankda 10 hesabınız var, lakin siz digər bir maliyyə tətbiqindən istifadə edirsiz. Siz həmin tətbiqə digər bankdakı hesablarınızın hamısını və ya bir qismini əlavə edə bilərsiz. Hazırda Azərbaycanda bu müddət 30 gündən 90 günə kimidir. Beynəlxalq standartda maksimum 90 gün olduğu üçün bizdə də belədir, lakin gələcəkdə uzadıla bilər. İkinci komponent isə imkan verir ki, siz həmin əlavə edilmiş hesablar üzərindən hər hansı bir əməliyyat aparasınız".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)