Gündəm

"Axios": Tramp İrana qarşı döyüş əməliyyatlarının bərpasını ciddi şəkildə nəzərdən keçirir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper aprelin 30-da ABŞ Prezidenti Donald Tramp üçün İrana qarşı hərbi əməliyyatların bərpasının yeni potensial ssenarilərinin təqdim olunacağı xüsusi brifinq keçirməyi planlaşdırıb, bu brifinqin gedişində.

Bu barədə "Axios" portalı məlumatlı mənbələrə istinadən yazıb.

"Bu brifinq onu göstərir ki, Tramp irimiqyaslı döyüş əməliyyatlarının bərpası perspektivini - ya danışıqlar prosesi gedişində yaranmış çıxılmaz vəziyyəti aradan qaldırmaq məqsədilə, ya da münaqişənin yekun mərhələsində həlledici zərbə endirmək üçün - ciddi şəkildə öyrənir", - nəşr vurğulayıb.

Nəşrin həmsöhbətlərinin məlumatına görə, ssenarilərdən biri Hörmüz boğazında kommersiya gəmiçiliyini bərpa etmək üçün onun bir hissəsinin ələ keçirilməsini nəzərdə tutur. Mənbə bildirib ki, belə bir əməliyyat quru qoşunlarının tətbiqini özündə ehtiva edə bilər.

Ağ evdə məlumatı şərh etməyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)