Bank

Maliyyə sektoru bir ildə 600 min manat cərimə ödəyib

Ötən il maliyyə sektoru üzrə inzibati cərimələrin həcmi 600 min manat təşkil edib.

ENA.az-ın sualına cavab olaraq  Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bildirib ki, bu məbləğ bank, sığorta, mikromaliyyə, ödəniş və digər aidiyyəti təşkilatları əhatə edir.

Qeyd edək ki, cərimələr maliyyə sektorunun təqdim etdiyi müxtəlif xidmət çeşidlərini əhatə edir və 50 min manat həcminədək cərimə ödəyən subyektlər mövcuddur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)