Gündəm

Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib

İran və ABŞ arasında birbaşa dialoqun növbəti raundu "yaxın vaxtlarda" keçiriləcək, diplomatik təmasların nəticələri ümidvericidir.

ENA.az "The Express Tribune" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.

"Son dərəcə müsbət dinamika qeydə alınır", - nəşr müdafiə idarəsi rəhbərinin sözlərini sitat gətirib. Asif qeyd edib ki, hazırkı diplomatik səylər "konstruktiv məcrada" inkişaf edir.

Daha əvvəl Vaşinqton və Tehran nümayəndələrinin növbəti birbaşa görüşünün aprelin 16-da İslamabadda təşkil edilə biləcəyi barədə məlumat daxil olmuşdu. "Associated Press" agentliyinin məlumatına görə, tərəflər Pakistanın paytaxtında təkrar danışıqlar imkanını müzakirə edirlər. Bununla belə, Amerika administrasiyasının nümayəndələri yeni məsləhətləşmələr raundunun keçirilmə yeri üçün ehtimal olunan variantlardan biri kimi Cenevrəni göstərirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)