Birja

Moskva birjasında qızıl əməliyyatlarında 5 dəfədən çox artım

Rusiyada qiymətli metallar bazarında əməliyyatların həcmi kəskin artıb. Moscow Exchange (MOEX) tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, fevral ayında birjada qiymətli metallar bazarında aparılan əməliyyatların həcmi əhəmiyyətli dərəcədə yüksəlib.

Açıqlamaya görə, sözügedən dövrdə spot qızıl üzrə əməliyyatların həcmi beş dəfədən çox artaraq 537 milyard rubl və ya 43,3 tona çatıb.

Eyni zamanda, spot gümüş üzrə əməliyyatların həcmi yeddi dəfədən çox artaraq 13,9 milyard rubl və ya 64,5 tona yüksəlib.

Qeyd edilir ki, Qərb ölkələrinin Rusiyaya qarşı maliyyə sektorunda tətbiq etdiyi geniş sanksiyalar fonunda ölkədə qızıl və gümüş kimi qiymətli metallara, eləcə də kriptoaktivlər kimi daha yüksək riskli alətlərə maraq artıb.

Bundan əlavə, Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabrında ilk dəfə 300 milyard dolları keçib. Həmin dövrdə ölkənin beynəlxalq ehtiyatlarında qızılın payı 42,3 faizə qədər yüksəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)