Bank

Azərbaycanda problemli kreditlərin həcmi 17 % artıb

Bu il fevralın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,5 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 6,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17,35 % artıb. 

Yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 1,6 %, ötən il yanvarın sonuna isə 1,6 % olub. Bankların kredit portfeli 29,980.1 mln. manat təşkil edir. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.2% (15,948.9 mln. manat); ıı) istehlak kreditləri – 31.4% (9,425.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (4,605.3 mln. manat).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)