Prezident ABŞ-də görüşlər keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraqın Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
ENA.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.
***
Prezident İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi Alen Berse ilə də görüşüb.
***
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti Uilyam Samoei Ruto ilə görüşü olub.
***
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiyanın Prezidenti Aleksandr Stubb ilə görüşü olub.