İqtisadiyyat Nazirliyi 2 müqavilə üzrə Hökumət Evinə 300 min manata yaxın pul ödəyəcək
İqtisadiyyat Nazirliyi Aparatı üçün Hökumət Evindən icarəyə götürdüyü yerə görə binanın istismar idarəsinə 290 946 manat ödəyəcək.
Bu barədə Nazirliyə istinadən xəbər verilir.
Bundan başqa, qurum Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyi üçün də Hökumət Evindən icarəyə yer götürüb. Bu yer isə Nazirliyə 7 055 manata başa gələcək.
Beləliklə, iki müqavilə üzrə ümumi ödəniş 298 001 manat təşkil edəcək.
















