İqtisadiyyat

Prezident nazir müavinini vəzifəsindən azad edib

İqtisadiyyat Nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib. 

ENA.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin edilmişdi. O, bu təyinata qədər nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (hazırda Sahibkarlığın İnkişafı Fondunun) icraçı direktoru olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)