İqtisadiyyat

Azərbaycana idxal olunan qida məhsulları karantin sistemindən keçiriləcək

“Əgər gömrükdə şəffaflıqdan danışırıqsa, burada qida təhlükəsizliyi məsələsi kənarda qala bilməz”.

ENA” xəbər verir ki, bunu Bakıda keçirilən "Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumu"nda Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, gələn ildən ölkəyə idxal olunan qida məhsulları üçün karantin sistemindən keçiriləcək: “Karantin sistemi gömrük-keçid məntəqələrinin yaxınlığında yaradılacaq və daha sürətli,ə keyfiyyətli keçidə şərait yaradacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)