İqtisadiyyat

Dövlət bələdiyyələrə 1 milyon manat subvensiya ayırıb

“Gələn ilin dövlət büdcəsi layihəsində bələdiyyələrə 1 milyon manat subvensiya ayrılması nəzərdə tutulub”.
 
ENA.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
  
A. Rəhimzadə deyib ki, subvensiya qaydasında məqsədli pul ayrılanda bu vəsaitin xərclənməsinə nəzarət də təmin olunmalıdır: “Milli Məclis və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu vəsaitin xərclənməsinə nəzarəti həyata keçirəcək. Milli Məclisin Regional məsələlər komitəsinin müvafiq komissiyasında bu məsələ müzakirə olunacaq. Komitə bu vəsaitin hansı məqsədlər üçün ayrıldığı və məbləği barədə məlumatlıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)