MALİYYƏ

Azərbaycan bu dövlətdən 27 ildə 1,3 milyard dollar yardım alıb

"Bir sıra miqantlar daha yaxşı iş tapmaq üçün yaşayış yerlərini tərk edirlər, belə insanların insan alveri qurbanına çevrilmək ehtimalı var".

"BI"nin məlumatına görə, bunu bu gün ABŞ Dövlət Departamenti, Azərbaycan Hökuməti  və BMT-nin təşkilatçılığı ilə keçirilən "Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi- IV faza" layihəsi çəriçvəsində beynəlxalq miqrasiya hüququna dair seminarda ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi işlər üzrə mütəxəssisi  Kristin Sinqh bildirib. 
  
Kristin Sinqh deyib ki, ABŞ 25 il ərzində Azərbaycana müxtəlif sahələrdə dəstək verib: "1992-ci ildən indiyə qədər ABŞ tərəfindən Azərbaycana 1,3 milyard dollar yardım göstərilib. Azərbaycan Şərqlə Qərb arasında yerləşir. Azərbaycan transmilli cinayətkarlığın qarşısının alınması baxımından mühüm ölkədir. ABŞ Azərbaycanla uzun müddətli tərəfdaşlığa, xüsusən ədliyyə sahəsində tərəfdaşlığa sadiqdir. Bu tərəfdaşlıq nəticəsində Azərbaycanda biznes mühiti də faydalanacaq. O cümlədən insanların hüquqları daha yaxşı qorunacaq ".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)