Gündəm

Biz qalib gələcəyik, bu, tezliklə olacaq - TRAMP

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların tezliklə İran üzərində qələbə qazanacağını bildirib və Tehranın nüvə silahına malik olmamasının vacibliyini vurğulayıb.

ENA.az xəbər verir ki, bu barədə Tramp "GB News" telekanalına müsahibəsində deyib.

"Biz qalib gələcəyik, bu, tezliklə olacaq, çünki biz artıq qalib gəlmişik, axı onların nüvə silahı ola bilməz", - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, ABŞ-nin İrana zərbələr endirmək qərarı olmasaydı, Tehran guya iki və ya dörd həftə sonra nüvə silahı əldə edə bilərdi. ABŞ Prezidenti iddia edir ki, bu müddət indi 25 ilə qədər uzanıb.

"Mən düzgün hərəkət etdim", - Tramp əlavə edib.

O həmçinin bildirib ki, ABŞ İrana qarşı hərbi əməliyyatı uğurla həyata keçirir və Hörmüz boğazına nəzarət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)