Gündəm

Husilər Səudiyyə Ərəbistanına dəniz blokadası elan ediblər

Yəməndə İranın dəstəklədiyi husilər hərəkatı Səudiyyə Ərəbistanına dəniz blokadası elan edib.

ENA.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi hərbi nümayəndəsi Yəhya Saria bildirib.

"Biz "gözə göz" prinsipinə əsaslanaraq Səudiyyə Ərəbistanına qarşı dəniz embarqosu elan edirik", - Saria deyib.

Bəyanat husilərlə Səudiyyə Ərəbistanı arasında uzun illər sonra baş vermiş ilk silahlı qarşıdurmadan bir neçə gün sonra səsləndirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)