Gündəm

ABŞ Tayvana 14 milyard dollarlıq silah tədarükünü dayandırıb

ABŞ Tayvana 14 milyard dollar dəyərində potensial silah tədarükünü İrana qarşı hərbi əməliyyatın təmin edilməsi üçün lazım olduğundan müvəqqəti dayandırıb.

ENA.az xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri naziri əvəzi Hanq Kao Konqresin Senatının müvafiq komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Tayvana 14 milyard dollarlıq Amerika silahlarının mümkün satışının təsdiqlənməsindəki fasilə ilə bağlı məsələni şərh edən Kao deyib: "Mən bu məsələ ilə bağlı Tayvan tərəfi ilə danışıqlar aparmamışam və biz onlara silahların bir hissəsinin satışını həyata keçirmişik. Lakin hazırda "Epik qəzəb" [əməliyyatı] üçün kifayət qədər silahın olduğuna əmin olmaq məqsədilə biz bu tədarükləri dayandırmışıq. Onlardan bizdə kifayət qədərdir, lakin biz sadəcə lazım olan hər şeyə malik olduğumuzdan əmin olmaq istəyirik".

Onun sözlərinə görə, "administrasiya bunu məqsədəuyğun hesab etdikdə" xaricə silah tədarükü bərpa olunacaq.

ABŞ Prezidenti Donald Tramp ötən həftə Çinə baş tutmuş dövlət səfərinin yekunlarına əsasən bildirib ki, Çin lideri Si Cinpinlə Tayvana 14 milyard dollar dəyərində silahların mümkün satışı məsələsini müzakirə edib, lakin bu sövdələşmə üzrə yekun qərar hələ qəbul olunmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)