ABB bu il iri həcmli istiqraz emissiyasına hazırlaşır
ABB Bank bu il 100 milyondan yuxarı həcmi əhatə edən istiqraz buraxmağı planlaşdırır.
ENA.az xəbər verir ki, bunu ABB İnvest-in İdarə Heyətinin sədri Nadir Babazadə bildirib.
Onun sözlərinə görə, əsas məqsəd kapital bazarında davamlı maliyyə alətlərinin mövcudluğunu təmin etməkdir.
N.Babazadə qeyd edib ki, artıq iki tranş üzrə istiqraz buraxılışı həyata keçirilib və proses mərhələli şəkildə davam etdiriləcək.
O həmçinin bildirib ki, ABB İnvest cari il ərzində dövlət və özəl sektoru əhatə edən 4 və ya daha çox qiymətli kağız emissiyası həyata keçirməyi planlaşdırır və bunun həcmi 100 milyon manatdan yuxarı olacaq.


















