“TuranBank”da yeni təyinat olub
“TuranBank” ASC-də yeni kadr dəyişikliyi baş verib.
Məlumata görə, Ramin Qasımov “TuranBank” ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib.
O, bu vəzifədə Asif Əzizovu əvəz edib.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.


















