Bank

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

O deyob ki, Mərkəzi Bankın valyuta ehtiyatları 12.7 mlrd. dollara yüksəlib.

“Xüsusi qeyd etmək istərdim strateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 38 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir. Yəni ölkənin valyuta gəlirləri olmadığı şəraitdə bizim mal və xidmətlərinin idxalına dəstək verəcək. Bizim valyuta ehtiyatlarımız geniş manat kütləsini (M2) 3.7 dəfə üstələyir”.

Proqnozlara görə, Azərbaycanın cari əməliyyatlar balansı 2026 və 2027-ci illərdə  5.5 mlrd. və 4.4 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır. Sədr bildirir ki, Mərkəzi Bank bu hesablamaları neftin bir barelinin yuxarı doğru revizya edilməsi ilə əlaqələndirilir. Neftin bir barelinin 2026-cı ildə 84.5 dollar, təbii qazın hər 1000 kub-metrinin isə 324 dollar olacağı prqonoz edilir. 2027-ci il üçün isə müvafiq olaraq 74.5 dollar-barel və 290 dollar-min-kub olacağı proqnoz edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)