Bank

“Yelo Bank”ın rəhbərliyinə təyinat olub

“Yelo Bank” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Klaudia Sandra Mueller Müşahidə Şurasının müstəqil üzvü təyin edilib.

Hazırda Müşahidə Şurasının sədri   Marina Kulişova Valeryevna, digər üzvü isə Endryu Pospelovski Dmitridir.

“Yelo Bank”ın Müşahidə Şurasının üzvü Thomas Engelhardt Audit Komitəsinə sədr seçilib.

Xatırladaq ki, “Yelo Bank”ın əsası 1994-cü ildə qoyulub. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94%-i Marina Kulişovaya (Bankın Müşahidə Şurasının sədri), 0,96%-i Anar Həsənova (İdarə Heyətinin sədri), 0,10%-i isə “İSR Holdinq” MMC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)