Bakı-Sumqayıt yolunda sıxlıq azalacaq — YENI LAYİHƏ
Hazırda ən ciddi layihə Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə ilə Sumqayıtdan gələn M1 avtomobil yolunda gərginlik azalacaq.
ENA.az xəbər verir ki, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
“Xırdalanın M4 yoluna müxtəlif çıxışlar təmin olunacaq. Beləliklə, “20 yanvar” ətrafında alışdığımız yoldakı gərginlik kifayət qədər azaldılacaq. Bu, Bilgəh-Novxanı-Xırdalan avtomobil yolu layihəsinin əhəmiyyətini göstərir”.,-deyə o əlavə edib.


















