Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rezidentlik sertifikatı almaq istəyənlərə müraciət edib.
ENA.az-ın məlumatına görə, müraciətdə deyilir:
"Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları"na əsasən, Rezidentlik sertifikatı almaq üçün "Rezidentlik sertifikatının alınması haqqında" Ərizə (DTA-01 forması) bu gündən etibarən elektron qaydada Dövlət Vergi Xidmətinin internet səhifəsi new.e-taxes.gov.az vasitəsilə təqdim edilməlidir. Rezidentlik sertifikatları (ölkə ərazisində fəaliyyət göstərən daimi nümayəndəliklər, əcnəbilər və VÖEN-i olmayan fiziki şəxslər istisna olunmaqla) vergi ödəyicilərinə avtomatik qaydada təqdim olunacaq. Hər hansı bir texniki uyğunsuzluq yarandığı təqdirdə, məsələnin operativ həlli üçün dtt@taxes.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz".

















