Sığorta

İSB bir illik investisiya gəlirinin MƏBLƏĞİNİ AÇIQLADI

İcbari Sığorta Bürosu 2025-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib

İcbari Sığorta Bürosu (İSB) 2025-ci ilin yekunlarına dair mətbuat konfransı təşkil edib.

Konfransda çıxış edən Büronun Hüquqi Şəxslərin İttifaqının rəhbəri Xanım Camalova bildirib ki, il ərzində nəzərdə tutulan fəaliyyətlər çərçivəsində 7 istiqamət üzrə işlər tam yekunlaşıb, 39 istiqamət üzrə isə fəaliyyətlər davam etdirilir.

Onun sözlərinə görə, “forma 4” sisteminin elektronlaşdırılması sığorta şirkətlərindən İSB-yə daxil olan müraciətlərin sayının 97 faiz azalmasına səbəb olub. Bu isə proseslərin daha çevik və operativ həyata keçirilməsinə imkan yaradıb.

Qeyd olunub ki, qiymətləndirmə nəticələrindən narazı qalan müştərilər artıq birbaşa və onlayn şəkildə İcbari Sığorta Bürosuna müraciət edərək suallarını ünvanlaya bilirlər.

Bundan əlavə, İSB-yə məxsus hesabdakı aktivlərin bir hissəsi müxtəlif investisiya alətlərinə yönəldilib. Nəticədə proqnozlaşdırılan 5,4 milyon manat gəlir əvəzinə, 6,5 milyon manat investisiya gəliri əldə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)