Sənaye

Azərbaycan Gürcüstana 2,7 milyon dollarlıq alüminium satıb

Ötən il Gürcüstan Azərbaycandan 2,7 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu, 2024-cü ilin göstəricisindən 2,1 dəfə çoxdur.

2025-ci ildə Gürcüstan xarici ölkələrdən 163 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 7 % çoxdur.

Hesabat dövründə Gürcüstan Türkiyədən 92 milyon ABŞ dolları, Çindən 17 milyon ABŞ dolları, Rusiyadan 13 milyon ABŞ dolları, İtaliyadan 7 milyon ABŞ dolları, Ukraynadan 5 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 152 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 1,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)