Ödənişli xidmətlərdən daxilolmalar artıb

2025-ci ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,3 faiz artaraq 5558,3 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 5006,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 90,1 faizini təşkil edib.