Qızılın qiyməti 3800 dolları ötdü (24.09.2025)
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0,40% azalaraq 3,800.42 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.42% azalaraq 44.42 ABŞ dolları təşkil edib.

















