"İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları" yeni redaksiyada təsdiq edilib

İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti "İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları"nı yeni redaksiyada təsdiq edib.
ENA.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, məqsəd fəaliyyət növləri üzrə vergi münasibətlərinə vahid yanaşmanı təmin etmək, uçot məlumatlarını dəqiqləşdirmək və ödəyicilərin öz fəaliyyətlərinə uyğun vergi öhdəlikləri barədə əvvəlcədən məlumatlı olmalarıdır.
Belə ki, mövcud iqtisadi proseslər nəticəsində yaranan yeni fəaliyyət kodları (növləri) və Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, bu sənədin yeni redaksiyası təsdiq olunub. Standartların tam mətnini buradan əldə etmək mümkündür.