Mədəniyyət nazirinin səlahiyyəti ona həvalə edildi
Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətini Anar Qabil oğlu Kərimova həvalə edib.
ENA.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb:
“Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Qabil oğlu Kərimova verilsin”.
Eləcə də bax: Təhsil naziri vəzifəsinin icrası bu şəxsə tapşırıldı












