Təhsil naziri vəzifəsinin icrası bu şəxsə tapşırıldı
Təhsil naziri vəzifəsinin icrası müavininə tapşırılıb.
ENA.az Unikal.org-a istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə, Təhsil naziri vəzifəsinin icrası müvəqqəti olaraq Firudin Qurbanova tapşırılıb.

Eləcə də bax: Mədəniyyət nazirinin səlahiyyəti ona həvalə edildi
Qeyd edək ki, bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.












